Paulo Dibala rəsmən “Roma”dabackend

Paulo Dibala rəsmən “Roma”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Roma” klubu argentinalı oyunçu Paulo Dibalanı heyətinə qatıb. Editor.az “Sporx” a istinadən xəbər verir ki, “canavarlar” 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb. Dibala “Roma”nın heyətində 21 nömrəli futbol formasını geyinəcək. O, bundan əvvəl İtaliyanın “Palermo” və “Yuventus” klublarında çıxış edib. Dibala “qoca sinyora” ilə birlikdə 5 dəfə İtaliya çempionu, 4 dəfə İtaliya kubokun və 3 dəfə isə İtaliya super kubokunun qalibi olub.

Qeyd edək ki, 2015-ci ildən “Yuventus”un heyətində forma geyinən Dibalanın müqavilə müddəti bu mövsümün sonunda başa çatmışdı.

//Nəzərbəy Hacıağayev, Editor.az