Pavel Durov: Xahiş edirəm, mənə “Rusiya vətəndaşı” deməyinbackend

Pavel Durov: Xahiş edirəm, mənə “Rusiya vətəndaşı” deməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Durov və bir neçə digər iş adamı Amerikanın Forbes jurnalından onları “Rusiya Federasiyasının vətəndaşı” adlandırılmamağı xahiş ediblər.

Bu barədə Editor.az Rusiya mənbələrinə istinadən məlumat verir. Jurnal bir neçə ildir ki, çoxlu belə müraciətlərin aldığını, lakin son aylarda onların sayının artdığını açıqlayıb. “VKontakte” və Telegram-ın təsisçisi Pavel Durov və bir neçə başqa sahibkar da belə bir xahişlə çıxış ediblər.

Durovun sözçüsü Forbes-ə bildirib ki, iş adamı uzun illər əvvəl Rusiyanı tərk edib və “geri qayıtmaq niyyətində deyil”. Xatırladaq ki, Pavel Durov Sankt-Peterburqda anadan olub və son illər Dubayda yaşayır. 2021-ci ildə o, Fransa vətəndaşlığını alıb, həmçinin Sent Kitts və Nevis pasportlarına (Karib dənizinin şərqindəki ada dövləti) sahibdir.

Adlarının Rusiya ilə hallanmasını istəməyən digər iş adamları arasında İqor və Dmitri Buxman qardaşları (Londanda yaşaya rus biznesmenlər), “Revolut”un həmtəsisçisi Nik Storonski (Britaniya vətəndaşıdır), Roman Abramoviçin tərəfdaşı və Millhouse investisiya şirkətinin rəhbəri Yevgeni Şvidle (ABŞ vətəndaşıdır, 2010-cu ildə Britaniya vətəndaşlığını da alıb), İnvestor Leonard Blavatnik (ABŞ və Böyük Britaniya vətəndaşlığı var), Forbes-in “Rusiyanın ən nüfuzlu texnologiya investoru” adlandırdığı Yuri Milner (ABŞ vətəndaşıdır) və başqaları da var Qeyd edək ki, bir çox rusiyalı iş adamı Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlara görə Aİ ölkələri və ABŞ-ın tətbiq etdiyi sanksiyala