Pavel Durovu sevgilisi ələ veribbackend

Pavel Durovu sevgilisi ələ verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Telegram-ın təsisçisi Pavel Durov şənbə günü axşam Parisin Le Burje hava limanında polis tərəfindən həbs edilib.

Bu, geolokasiyanı “yandıran” və Fransaya uçmağı planlaşdıran sevgilisi səbəbindən baş verdiyi ehtimal olunur. “Daily Mail”in məlumatına görə, Durov şəxsi təyyarəsindən enən kimi həbs edilib.

O, narkotiklərin qanunsuz dövriyyəsi, uşaq pornoqrafiyası və fırıldaqçılıqla bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları ilə əməkdaşlıq etməməkdə ittiham edilib. Deyilə görə, göyərtədə qız – Durovun sevgilisi adlanan rusiyalı Yuliya Vavilova da olub. 24 yaşlı sarışın rus Dubayda yaşayır və o, Dorovu Qazaxıstan və Qırğızıstan, eləcə də Azərbaycanı əhatə edən zəngin turda müşayiət edib.

Qız İnstaqramda bütün geolokasiyaları yaymaqla və əslində Durovun Parisə gəlişi ilə bağlı Fransa hakimiyyətini xəbərdar edib. Polis yalnız onun yerə enməsini gözləməli olub. “Bu, sui-qəsd nəzəriyyəçilərini Vavilovanın “Mossad” agenti olduğunu və onu (Durov) Qərb kəşfiyyat xidmətlərinin əlinə vermək üçün “bal tələsi” missiyasını yerinə yetirdiyini söyləməyə vadar edir”, – nəşr yazır. Nəhayət, hüquq-mühafizə orqanlarına Telegram-a giriş əldə etmək onlara terrorçulardan tutmuş xırda quldurlara qədər bütün cinayətkarları izləmək üçün əvəzsiz ola biləcək məlumatları əldə etməyə imkan verəcək.

//Samir Qurbanov, Editor.az