Rusiya hərbçiləri yenidən cəmləşərək paytaxt Kiyevə zərbə vurmağa hazırlaşır.
Bu barədə Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk deyib.
“Düşmən möhkəmlənməyə, toplaşmağa, güc toplayıb paytaxtımıza yenidən zərbə endirməyə çalışır. Lakin əsgərlərimiz onların bütün planlarını puça çıxarır. Biz düşməni ləyaqətlə qarşılamağa və onu cəhənnəmə göndərməyə hazırıq”, – Pavlyuk dedi.
Axar.az

