Payızda Ermənistan yenidən “Ana Rusiya”nın qucağına atılacaq – KİVbackend

Payızda Ermənistan yenidən “Ana Rusiya”nın qucağına atılacaq – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, bu ilin payızında Ermənistanın xarici siyasətində çevriliş gözləyir və bunu baş nazir Nikol Paşinyan özü bəyan edib.

Onun sözlərinə görə, hökumət başçısı bir müddət əvvəl dar çevrədə ünsiyyət quraraq, “şıltaq oğul” kimi “Ana Rusiya”nın qucağına qayıtmaq və sonra Moskva ilə yaxınlaşmağa başlamaq niyyətini bildirib.

Belə gözlənilməz dönüşün formal səbəbi artıq seçilib. Bu, Avropa İttifaqının İrəvana verdiyi vədləri yerinə yetirməkdən imtinasıdır. Nəşr iddia edir ki, Paşinyan Aİ-ni Ermənistanı “qəbul etməməkdə”, bu istiqamətdə heç bir iş görmədən onu maliyyələşdirməməkdə və təhlükəsizlik zəmanəti verməməkdə ittiham edəcək.

//Samir Qurbanov, Editor.az