“Payızda koronavirusa YOLUXMA SAYI ARTA BİLƏR”- Həkim-pulmonoloqdan PROQNOZbackend

“Payızda koronavirusa YOLUXMA SAYI ARTA BİLƏR”- Həkim-pulmonoloqdan PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar dünyada koronavirusa yoluxmada artım tendensiyası Azərbaycana da cüzi də olsa təsir göstərir. Ölkəmizdə son 3 ayda yoluxma sayında kiçik sayda artma-azalma müşahide olunsa da ciddi bir dəyişiklik olmayıb. Ancaq nəzərə almaq lazımdır ki, payız aylarında infeksion xəstəliklər artır”.

Bu sözləri Editor.az-a həkim-pulmonoloq Əsəd Beydullayev deyib.

Həkim bildirib ki,  havalar soyuduqca insanlar daha çox qapalı məkanlara üz tutur və belə olduqda yoluxma riski daha çox artır:

“Ümumiyyətlə qış aylarında soyuqdəymələr artır, immunitet aşağı düşür beləliklə, koronavirusa yoluxma sayının da artma ehtimalı yüksəlir. Digər tərəfdən insanlara tətbiq edilən peyvəndin müddəti 6 aydır. Ona görə də xəstəliyi keçirmiş və antitel qazanmış insanların bədənində uzun müddət keçdiyi üçün yenidən antitellərin azalması müşahidə oluna bilər. Bütün bu səbəblər nəticədə koronavirus dalğasının güclənməsinə gətirib çıxara bilər. Çünki  müşahidələr göstərir ki, dünyada yavaş-yavaş artıq xəstə sayı yenidən artmağa bəşlayır. Ancaq koronavirusla bağlı dəqiq proqnoz da vermək çətindir. Hesab edirəm ki, yoluxma sayı artsa belə əvvəlki illərdəki kimi ajiotaj yaranmayacaq. Çünki artıq insanlar bu virusla mübarizədə təcrübəlidir və bu istiqamətdə yaranan problemlərə, məhdudiyyətlərə alışıb. Artıq biz  qadağalara əvvəlki kimi reaksiya vermirik. Xəstə sayı artarsa və yenidən qapanmalar, maska qadağası tətbiq olunarsa bunlar əvvəlki kimi qorxulu vəziyyət yaratmayacaq. Digər tərəfdən artıq gigiyena-sanitariya qaydaları, ara məsafəsi ilə bağlı ölkəmizdə  yeni bir mədəniyyət formalaşıb. Bu da koronavirusa qalib gəlmək üçün ən mühüm amillərdən biridir. Ümid edirik ki, vətəndaşlar ehtiyat tədbirlərini əldən verməyəcək və qarşıdakı günlərdə ağırlaşmalar müşahidə edilməyəcək”.

//Gülnarə Abasova, Editor.az