Payızda Ukrayna müttəfiqsiz qala bilər – Con Boltonbackend

Payızda Ukrayna müttəfiqsiz qala bilər – Con Bolton

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton hesab edir ki, Ukraynanın yaz hücumu “əhəmiyyətli irəliləyişlərə səbəb olmazsa”, Rusiya prezidenti Vladimir Putin yaxın iki ay ərzində atəşkəs təklif edə və dərhal danışıqlara başlaya bilər.

Boltonun sözlərinə görə, Çin vasitəçi kimi çıxış edə bilər.

Editor.az bildirir ki, “19FortyFive” portalı üçün yazdığı məqalədə keçmiş müşavir yazır ki, Putinin “əsas rıçaqları” Ukraynanın yay hücumunda “nisbi uğursuzluğu” olacaq. Con Boltonun fikrincə, “bu vəziyyətdə Berlində, Parisdə və hətta Vaşinqtonda siyasi liderlər atəşkəsə razılaşmağa və danışıqlara girməyə şirnikləşəcəklər”.

O, iddia edir ki, Avropada “Ukraynaya xaricdən ritorik dəstəyə baxmayaraq, hərbi və maliyyə yardımının səviyyəsi ləng, istəksiz və qeyri-kafi olub” və buna görə də “çoxları münaqişənin dayanmasını istəyəcək”.

Qeyd edək ki, avqust ayında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba demişdi ki, Ukrayna heç vaxt Vladimir Putinlə danışıqlara razı olmayacaq, çünki ona etibar etmirlər.

//Samir Qurbanov, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!