Payızda yoluxma yenidən artacaq – İnfeksionistdən xəbərdarlıqbackend

Payızda yoluxma yenidən artacaq – İnfeksionistdən xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus epidemiyası artıq sona çatmaq üzrədir. Hər gün açıqlanan statistikadan da bunu müşahidə edirik. Son statistikaya əsasən ölkədə 13 yoluxma faktı qeydə alınıb, 3 nəfər isə sağalıb. Ölkədə aktiv koronaviruslu xəstə sayı isə 70-dir. Tibb müəssisəsində isə ümumilikdə 21 koronavirus xəstəsi müalicə alır.

Qeyd edək ki, ölkədə koronavirus infeksiyasına yoluxma halı azaldığı üçün 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub.

Cəmiyyətdə belə rəy var ki, bu bir oyun, kimlərinsə yaratdığı xəstəlik idi. Təbiidirsə, necə oldu birdən-birə “qeybə çəkildi”?

İnfeksionist Mərdan Əliyev Yenisabah.az-a açıqlamasında deyib ki, virus sönməyə doğru gedir:

“Hazırda tam sönməyə doğru gedir. Yay aylarında virus artacağı ilə bağlı yayılan fikirlər əssasızdır. Mümkünsüzdür. Yayda artım olmayacaq. Payız aylarında artım müşahidə oluna bilər”.

M.Əliyev qeyd edib ki, bunlar elmi əsası olmayan fikirlərdir:

“Virus təbii idi. Oyun deyildi. Bunlar elmi əsası olmayan fikirlərdir. Bilməyən insan danışır. Çoxu bilməməzlikdən danışır. Lakin bilən insanın da bu şayiələri məqsədli şəkildə yaydığı göz önündədir.

Bu tam təbii olaraq baş verdi. Bizdə kollektiv immunitet formalaşandan sonra yoluxma sayı aşağı düşməyə başladı. Karantinin məhdudlaşdırılması fonunda yox, əksinə yumşaldılma fonunda baş verdi. Bu da onu göstərir ki, kollektiv immunitet formalaşıb. Bu əvvəldən təxmin edilirdi. Omikron ştammı gələndə artıq xüsusiyyətindən məlum idi. Artıq virus ilə vidalaşmağın zamanıdır”.