PayPal rusların elektron pul kisələrini də bloklayırbackend

PayPal rusların elektron pul kisələrini də bloklayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PayPal elektron ödəniş sistemi martın 18-dən rusiyalıların elektron pul kisələrini bloklayacaq.
Etitor.az “Kommersant”a istinadən xəbər verir ki, PayPal Ukraynaya qarşı təcavüzə görə, Rusiyada ödənişlərin göndərilməsi və qəbulunu dayandırmaq qərarına gəlib. Bununla bağlı sistemin Rusiyadakı xidmət saytında yayılan məlumatda deyilir:

“Hazırda biz vəsaitin geri çəkmə xüsusiyyətini qoruyuruq. Baş verə biləcək xidmət pozuntularını minimuma endirmək üçün xahiş edirik ki, 18 mart 2022-ci il tarixinədək hesablarınızdan balansı götürəsiniz”.
Bundan əvvəl Amerikanın eBay onlayn xidməti rusiyalı satıcılarla bütün əməliyyatları dayandırmışdı. Bu cür tədbirlər Rusiyada ödəniş provayderlərinin və əsas çatdırılma xidmətlərinin işinin dayandırılması ilə əlaqədar həyata keçirilir.

Editor.az