Paytaxt meri vəzifəsindən qovuldu – qışa pis hazırlaşdığına görəbackend

Paytaxt meri vəzifəsindən qovuldu – qışa pis hazırlaşdığına görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkənd hakimi (meri) Jaxongir Artıxojayev şəhərin qışa hazırlığının zəif olması səbəbindən vəzifəsini itirib.

Editor.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov özünün Telegram-kanalında məlumat verib.

Onun sözlərinə görə, “Prezident Şavkat Mirziyoyev əhalinin enerji resursları ilə təmin olunmasına həsr olunmuş geniş müşavirədə şəhər təsərrüfatının qış şəraitində işə hazırlanmasında yol verdiyi nöqsanlara görə Daşkənd şəhərinin hakimi Dünyagir Artıxojayevi tutduğu vəzifədən azad edib”, – Əsədov bildirib.

Hələlik Daşkənd şəhərinin memarlıq, əsaslı tikinti və kommunikasiyaların inkişafı üzrə rəhbərinin birinci müavini vəzifəsini tutan Bəxtiyor Rəhmonov Daşkənd merinin səlahiyyətlərini icra edəcək. Daşkəndin Yunusabad, Mirzo Uluqbek və Üçtəpə rayonlarının rəhbərləri, eləcə də “İstilik Elektrik Stansiyaları” şirkətinin sədri də vəzifəsələrini itirib.

Onların fəaliyyəti Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən öyrəniləcək.

//Samir Qurbanov,Editor.az