Paytaxtda AĞIR QƏZA: İki nəfər avtomobildə yanaraq öldü – FOTObackend

Paytaxtda AĞIR QƏZA: İki nəfər avtomobildə yanaraq öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Binə qəsəbəsində “Chevrolet” markalı avtomobil “Lifan” və “Ford” markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində iki sərnişinin olduğu “Lifan” markalı avtomobil yanıb. Digər avtomobildə olan sürücü, 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı Şəhər klinik xəstəxanasına çatdırılıb.

Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir.

Hadisənin təfərrüatı araşdırılır.