Paytaxtda avtomobil 27 yaşlı qadını vurubbackend

Paytaxtda avtomobil 27 yaşlı qadını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Sadıqova Sevda Rafiq qızı “Ukrayna dairəsi”ndə yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.