Paytaxtda tarixi binanın bərpasına başlanıb (FOTO)backend

Paytaxtda tarixi binanın bərpasına başlanıb (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadında aparılmış qanunsuz rəngləmə işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Editor.az bildirib ki, hazirda mütəxəssislər tərəfindən tarixi binanın bərpası üçün onun fasadında təmir-restavrasiya işlərinə başlanılıb.

Görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarı və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq edilərək ciddi xəbərdar olunmuş, ərazi nəzarətə götürülmüşdür.
(Trend)