Paytaxtda yaranan sıxlığın səbəbi nədir? -Ekspert AÇIQLADIbackend

Paytaxtda yaranan sıxlığın səbəbi nədir? -Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb. Məlumata əsasən paytaxt yollarında sıxlıq müşahidə olunur. Yay fəslinin olmasını və əhalinin müəyyən hissəsinin tətil etməsini nəzərə alsaq hələ də nə üçün sıxlıq yaşanmasını araşdırdıq. Bu sıxlıqların aradan qaldırılması istiqamətində hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, sıxlıq Bakının alın yazısıdır. Bunun qarşısını almaq üçün böyük nəqliyyat infrastruktoru qurulmalı, ictimai nəqliyyat inkişaf etdirilməlidir: “ İnsanların nə qədər ictimai nəqliyyata marağı yüksək olsa, o qədər şəxsi nəqliyyata marağı azalacaq. Şəxsi nəqliyyat vasitəsindən yalnız istirahət günlərində istifadə olunub, gün boyu isə ictimai nəqliyyata üz tutacaqlar. Bu gün ictimai nəqliyyat qaydasında deyil. Avtobuslarda interval gecikir, say azdır. Metro şəbəkəsi geniş deyil, tramvay və trolleybuslar yoxdur. Dəmiryol vasitəsilə elektrik qatarlarının hərəkəti hələ də inkişaf etməyib. Eyni zamanda dəniz nəqliyyatı da inkişaf edərsə, yəni dəniz üzərindən Zığ,Hövsan, Bayıl, Qaradağ istiqamətində hərəkət olarsa Bakı nəfəs alacaq”.

Ekspertin sözlərinə görə, quru sərhədlər bağlı olduğu üçün insanlar ölkədən çıxa bilmədilər: ” Pandemiyanın, müharibənin təsirindən əhalinin imkanları o qədər də geniş deyil və bölgələrə də axın edə bilmədilər. Ona görə də bu il yay mövsümündə də Bakıda tıxac azalmadı. Ona görə də aidiyyatı qurumlar bunu ciddi fikirləşməlidirlər. İctimai nəqliyyatı gücləndirmək, yol hərəkətinin təşkilini inkişaf etdirmək və digər bir-biri ilə zəncirvarı bağlı olan məsələlər var ki, onları həll etmək lazımdır. Belə olan halda yollarda tıxac problemi aradan qaldırıla bilər”.

//Safura Bənnayeva, Editor.az