İran paytaxtının Tehrandan başqa bir şəhərə köçürülməsi seçim məsələsi deyil, zərurət məsələsidir.
Editor.az bildirir ki, bu sözləri İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyiib. O izah edib ki, ötən il paytaxtın köçürülməsi müzakirə olunanda ölkə büdcəsində vəsait çatışmırdı. Pezeşkian kifayət qədər vəsait olsaydı, köçürülmənin 2024-cü ildə baş verə biləcəyini qeyd edib.
Prezident Tehranda əhali artımının və tikinti işlərinin kəskin su çatışmazlığı səbəbindən artıq mümkün olmadığını aydınlaşdırıb.
O, həmçinin su probleminin həll olunmaz olduğunu vurğulayıb. Siyasətçi qeyd edib ki, Fars körfəzindən Tehrana cəmi bir kubmetr suyun daşınması təxminən 5 milyon riala (təxminən 8,3 milyon dollar) başa gəlir və bu da paytaxta suyun çatdırılmasını tamamilə mənasız edir. Buna görə də ölkənin gələcəyinin yeni elmi və əhatəli xəritəsini tənzimləmək lazımdır.
Xatırladaq ki, İran paytaxtının Tehrandan köçürülməsi haqqında qanun 2015-ci ildə qəbul edilib, lakin hələ də qüvvəyə minməyib.
//Samir Qurbanov, Editor.az

