Pekin İran və Səudiyyə Ərəbistanını yaxınlaşdırmaqda davam edəcəkbackend

Pekin İran və Səudiyyə Ərəbistanını yaxınlaşdırmaqda davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran və Ər-Riyadın timsalında fikir ayrılıqlarının aradan qaldırılması onu deməyə əsas verir ki, diplomatiya yolu ilə əlaqələrin normallaşdırılması dövrün ruhuna və dövlətlərin maraqlarına uyğundur.

Editor.az bildiri ki, bunu Çin lideri Si Cinpin bildirib. O, Səudiyyə Ərəbistanının baş naziri Məhəmməd bin Salmanla telefon danışığında qeyd edib ki, Pekin İran və Səudiyyə Ərəbistanı arasında dialoqu təşviq etməyə davam edəcək və onların bu yaxınlarda imzalanmış saziş onların gücləndirməyə qəti şəkildə müsbət təsir göstərəcək.

Si həmçinin Pekində imzalanan sazişlərin Tehran və Ər-Riyadın bölgədə sülh və təhlükəsizlik naminə mehriban qonşuluq ruhuna sadiq qalmasına, siyasi və iqtisadi əlaqələrini genişləndirməsinə imkan verəcəyinə əminliyini ifadə edib. Bin Salman da öz növbəsində Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin bərpasında vasitəçilik roluna görə Pekinə təşəkkür edib və Çinin beynəlxalq arenada iştirakının vacibliyini xatırladıb. Onun sözlərinə görə, Çinin Krallıqla bağlı fəaliyyəti yüksək qiymətləndirilir.

  //Samir Qurbanov,Editor.az