Çin Rusiyanın sanksiyalar tətbiq olunan “Arktik LNG-2” layihəsindən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırmaq üçün hazırlıqlara başlayıb.
Məlumata görə, Pekin bu qaz yüklərinin qəbulunu genişləndirmək məqsədilə ikinci idxal terminalını istifadəyə verməyi planlaşdırır. Hazırda marşrut yalnız bir terminal vasitəsilə fəaliyyət göstərir, lakin yeni imkanların oktyabra qədər işə düşəcəyi bildirilir.
Ekspertlər hesab edirlər ki, bu addım Rusiyanın sanksiyalar səbəbindən məhdudlaşan enerji ixracını qismən dəstəkləyə bilər. Eyni zamanda, Çin üçün əlavə qaz mənbələrinin təmin edilməsi enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Rusiya ilə Çin arasında enerji əməkdaşlığının genişlənməsi Qərbin Moskvanın enerji gəlirlərini azaltmaq məqsədi daşıyan sanksiya siyasəti fonunda baş verir.
//Samir Qurbanov, Editor.az

