Pekin Tayvan yaxınlığında hərbi təlimlərə başlayırbackend

Pekin Tayvan yaxınlığında hərbi təlimlərə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Bölgəsi qüvvələri Tayvan adası ətrafında hərbi təlimlərə başlayıb.

Editor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, təlimlər Tayvanın müstəqilliyinə doğru irəliləyəcəyi gözlənilən ada administrasiyasının yeni prezidenti Lai Qinqdenin andiçmə mərasimindən üç gün sonra keçirilir. Hərbçilər döyüş hazırlığını yoxlamaq və döyüş sahəsinə birgə nəzarəti əldə etmək və əsas hədəflərə birgə dəqiq zərbələr endirmək üçün birgə patrul xidməti həyata keçirəcək.

Qeyd olunub ki, mayın 23-24-də keçiriləcək təlimlərdə quru, dəniz, hava və raket qoşunları iştirak edəcək. Tayvanın TVBS telekanalı Tayvan Silahlı Qüvvələrinin adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusuna (PLA) aid 23 təyyarə və pilotsuz təyyarənin qeydə alındığını bildirib.

//Gülnarə Abasova, Editor.az