Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinq zamanı bildirib ki, Pekin Ukraynadakı böhranın həllində yardım rolunu oynamağa davam etdirməyə hazırdır.
Editor.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Pekinin Ukrayna böhranı ilə bağlı mövqeyinin mahiyyəti kompromis və danışıqları təşviq etməkdir. “Çin Ukrayna da daxil olmaqla, bütün aidiyyəti tərəflərlə qarşılıqlı əlaqəni davam etdirir”, – Mao Ning bildirib.
Bundan əvvəl Bloomberg yazıb ki, ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskiyə Vaşinqtonun Kiyevin müdafiəyə keçməsini istədiyini çatdırmağı planlaşdırır.
//Gülnarə Abasova, Editor.az

