Meksikanın Miçoakan ştatında şəxsi fermada baxıcı işləyən 23 yaşlı Xose de Xesus adlı gənc pələngin hücumuna məruz qalıb. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı Xesus əlindən və qolundan yaralanıb. Pələngin hücumuna məruz qalan şəxs xəstəxanaya aparılıb.
Xesusun yaxınları isə bildirib ki, həmin fermada pələnglə yanaşı şir və timsah da var.
Rəsmilər isə vəhşi heyvanların hansı yollarla fermaya gətirildiyini araşdırır.
//Nəzərbəy Hacıağayev, Editor.az

