Pənah Hüseynlə partiya sədri arasında gərginlik: “Kəs səsini, lotusan?” – VİDEObackend

Pənah Hüseynlə partiya sədri arasında gərginlik: “Kəs səsini, lotusan?” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə Azərbaycan Naminə Alyans Partiyası sədri Abutalıb Səmədov arasındakı debatda gərginlik yaşanıb.

 

Pravda.az-ın xəbərinə görə, debatın mövzusu 1993-cü il hadisələri olub.

 

Bu zaman A.Səmədovun arqumentləri P.Hüseyni özündən çıxarıb. AXP sədri A.Səmədova “Siz Heydər Əliyevi müdafiə edəcək qabiliyyətə malik deyilsiniz, özünüzü oda atmayın!” deməsindən sonra vəziyyət gərginləşib. Azərbaycan Naminə Alyans Partiyası sədri P.Hüseynə “Həddinizi aşırsınız… Kəs…Sən özünü necə aparırsan, lotusan? Nə tərbiyəsiz adamsan…” cavabını verib. P.Hüseyn də gülərək “Hə, mən lotuyam” deyib.

 

Qeyd: Gərginlik verilişin 54-55-ci dəqiqələrində baş verib.