Pənc-Kilid Əməliyyatı bölgəsində çoxlu sursat ələ keçirilibbackend

Pənc-Kilid Əməliyyatı bölgəsində çoxlu sursat ələ keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında Pəncə-Kilid əməliyyatı bölgəsində terrorçuların sığınacağı aşkarlandığını və çoxlu sayda silah-sursatın ələ keçirildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabından paylaşım edilib.
Paylaşımda deyilir: “Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Pəncə-Kilid əməliyyatı bölgəsində apardığı axtarış və skan fəaliyyəti zamanı terrorçulara məxsus sığınacaq aşkar edib.

Təsbit edilən sığınacaqda; 14 RPG- 7 ədəd reaktiv yaylım atəşi qurğusu tank əleyhinə sursat, 1 ədəd RPG-7 reaktiv yaylım atəşi piyada əleyhinə sursat, 30 ədəd 12,7 mm-lik sursat, 7 ədəd PUA, 7 ədəd partlayıcı qoruyucu ilə sıxılmış PUA, 17 ədəd yanacaq patronu, 16 ədəd Alfa atəşi, 1 hilti ucu, 2 çətir, 2 jellycan, çox sayda akkumulyator bloku və PUA istehsalında istifadə edilən materiallar ələ keçirildi.”

//Samir Qurbanov, Editor.az