Pensiya ilə bağlı Əhaliyə ŞAD XƏBƏRbackend

Pensiya ilə bağlı Əhaliyə ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 55 etsək, daha optimal olar”.

Editor.az  xezerxeber.az-a istinadən bildirir ki, bunu Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkili Əli Məsimli və Qüdrət Həsənquliyev də pensiya yaşının azaldılmasını təklif ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deputatların sual və təkliflərini cavablandıran zaman deyib ki, yeni pensiya konsepsiyası üzərində işlərə başlanıb və burada səslənən fikirlər yeni konsepsiyada nəzərə alınacaq.