Pensiyalar nə qədər artır?- “Bu göstərici kifayət qədər deyil, çünki…”-Natiq Cəfərlidən AÇIQLAMAbackend

Pensiyalar nə qədər artır?– “Bu göstərici kifayət qədər deyil, çünki…”-Natiq Cəfərlidən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya artımları sahəsində indeksasiya metoduna keçib. Belə ki, hər il indeksləşdirmə əsasında pensiya artımı olacaq. Bu artım bütün növ pensiyalara şamil olunacaq.

İqtisadçı ekspert Natiq Cəfərli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda təqaüdlərin ilkin səviyyəsi o qədər aşağıdır ki, 10.8 faiz pensiya artımı o qədər də ciddi görünmür. Onun sözlərinə görə, pensiyalardakı artım dünya ölkələri ilə müqayisədə kifayət qədər böyükdür:

” Ancaq burada problem indeksləşmənin faizində deyil. Problem ilkin mənbədə, təqaüdlərin məbləğinin çox aşağı olması ilə əlaqədardır. Bu, çox pis göstəricidir. Təqaüdlərdə ciddi şəkildə artım olmalı, ondan sonra indeksləşmə 3-5 faiz olsa belə artım məbləği kifayət qədər nəzərə çarpacaq”.

//Gülnarə Abasova, Editor.az