Pentaqon ABŞ-ın qoşunlarını Nigerdən çıxaracağını açıqlayıbbackend

Pentaqon ABŞ-ın qoşunlarını Nigerdən çıxaracağını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları qoşunlarını Nigerdən çıxaracaq.

Editor.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin açıqlayıb. Bundan əvvəl ABŞ Silahlı Qüvvələri Rusiyanın Nigerə yerləşdirməsi səbəbindən döyüş hazırlığının artırılmasını bəyan etmişdi. Mayın 1-də Niameydə Rusiya bayraqları qaldırılıb

Qeyd edək ki, aprelin 20-də ABŞ-ın yaxın aylarda 1000 əsgərini Nigerdən çıxarmağı planlaşdırdığı bildirilmişdi. Bunun ardınca ABŞ-ın Afrikadakı Fil Dişi Sahilində hərbi baza qura biləcəyi bildirilir.

//Gülnarə Abasova, Editor.az