Pentaqon ABŞ-ın Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə əlaqə saxladığını bildiribbackend

Pentaqon ABŞ-ın Suriyadakı vəziyyətlə bağlı Rusiya ilə əlaqə saxladığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Suriyada gərginliyin artdığı bir vaxtda ABŞ-ın vəziyyətlə bağlı Rusiya ilə əlaqə saxladığını bəyan edib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. Rayder jurnalistlərə verdiyi brifinqdə deyib: “Birgə İşçi Qrupun komandiri rabitə xətlərini açıq saxladığımızdan əmin olmaq üçün Rusiya ilə olan telefon xəttindən istifadə edib”.

Rayder ABŞ əsgərlərinin Suriyadakı hadisələrə “nisbətən yaxın” fəaliyyət göstərdiyini və bu vəziyyətin mümkün yanlış hesablamaların qarşısını almaq üçün Rusiya ilə əlaqə qurma ehtiyacı yaratdığını vurğulayaraq bildirib ki, region ölkələri ilə təmaslar davam etdirilir.

//Gülnarə Abasova, Editor.az