Pentaqon ABŞ-ın yeni müdafiə strategiyasını tənqid edibbackend

Pentaqon ABŞ-ın yeni müdafiə strategiyasını tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni müdafiə strategiyası ilə bağlı Pentaqon rəhbərliyi arasında ciddi fikir ayrılığı yaranıb.

Editor.az bu barədə “Washington Post”a istinadla yazıb. Qəzet yazır ki, “uzaqgörən” adlandırılan bu strategiya prezidentin xarici siyasətə şəxsi və bəzən mübahisəli yanaşması ilə bağlı məyusluq doğurur.

Məlumata əsasən, hərbi rəhbərlik hesab edir ki, yeni plan qlobal təhlükələri arxa plana keçirərək daxili təhdidlərə həddindən artıq diqqət ayırır. Rəsmilərin əsas narahatlığı isə Çinlə rəqabətin yalnız Tayvan məsələsi ilə məhdudlaşmasıdır. Halbuki Pekin sürətlə hərbi modernləşməni davam etdirir.

Qəzet qeyd edir ki, yeni sənədin ritorikası daha qərəzli görünür və Bayden administrasiyasının siyasətinə yönəlmiş tənqidi məqamlarla zəngindir. Bundan başqa, 800 general və admiralın vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan hərbi islahat planı da ciddi müzakirələrə səbəb olub.

Məlumata görə, Pentaqon rəhbəri Pit Hegseth sentyabrın 25-də yüzlərlə general və admiralla fövqəladə görüş keçirib. “Washington Post”un yazdığına görə, bu komandirlər hər biri minlərlə hərbçidən ibarət qoşunlara rəhbərlik edir və onların Virciniyadakı bazada şəxsən hesabat verməsi tələb olunub. Lakin toplantının səbəbləri hələlik açıqlanmayıb.

//Gülnarə Abasova, Editor.az