Pentaqon: ABŞ kəşfiyyat məlumatlarını paylaşmırbackend

Pentaqon: ABŞ kəşfiyyat məlumatlarını paylaşmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The New York Times”-ın ABŞ rəsmilərinin iddialarına istinadən verdiyi məlumata görə, Vaşinqton Ukraynada davam edən xüsusi hərbi əməliyyatda ukraynalılara bir neçə rus generalını hədəf almağa və öldürməyə kömək etmək məqsədi ilə kəşfiyyat məlumatı təqdim edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbi iddiaları təkzib edib.

“Biz yüksək rütbəli hərbi rəhbərlərin döyüş meydanında yerləşməsi ilə bağlı kəşfiyyat məlumatları təqdim etmirik və ya Ukrayna ordusunun hədəf qərarlarına müdaxilə etmirik. Ukraynalılar, açığını desəm, bizdən qat-qat çox məlumata malikdirlər. Bu, onların ölkəsidir, ərazisidir və onların öz kəşfiyyat məlumatlarını toplamaq imkanları var”, – Kirbi deyib.

//Gülnarə Abasova, Editor.az