Pentaqon: ABŞ Koreya yarımadasında strateji qüvvələrinin yerləşdirilməsini artıracaqbackend

Pentaqon: ABŞ Koreya yarımadasında strateji qüvvələrinin yerləşdirilməsini artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ-ın Koreya yarımadasındakı qüvvələrinin sayını artıracağını bildirib.

Editor.az xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Austin Cənubi Koreya ilə 2+2 danışıqlarından sonra keçirilən mətbuat konfransında ABŞ-ın Koreya yarımadasındakı vəziyyəti ilə bağlı açıqlamalar verib. Ostin bəyanatında Cənubi Koreya ilə əlaqələrə toxunaraq deyib: “Biz qarşılıqlı fəaliyyət qabiliyyətimizi və genişləndirilmiş çəkindirmə qabiliyyətimizi daha da artırmaq barədə razılığa gəldik. Ölkələrimiz nüvə məsləhətləşmələri vasitəsilə nüvə və strateji planlaşdırma səylərini dərinləşdirəcəklər”. Açıqlamasında ABŞ-ın qüvvələrinin varlığını artıracağını bildirən Ostin ABŞ strateji qüvvələrinin Koreya yarımadasına müntəzəm yerləşdirməsini artıracaqlarını da qeyd edib.

//Gülnarə Abasova, Editor.az