Pentaqon ABŞ qüvvələrinin Suriyada olmasının səbəblərini izah edə bilmədibackend

Pentaqon ABŞ qüvvələrinin Suriyada olmasının səbəblərini izah edə bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon ABŞ qüvvələrinin Suriyada mövcudluğunun hüquqi əsasları ilə bağlı suallara cavab verməkdən imtina edib.

Editor.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq ABŞ ordusunun Suriyada mövcudluğunun hüquqi əsasları ilə bağlı açıqlama verməyib.

“Bizim orada bir neçə ildir qüvvəmiz var və İŞİD-in davamlı məhvini təmin etmək üçün Suriya Demokratik Qüvvələri ilə işləməyə davam edirik. Bu, əvvəldən bizim missiyamız idi”, – deyə Sinq bildirib. ABŞ qüvvələrinin Suriyada qalmasının hüquqi səbəbləri ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyi də görülüb. Sinq sualı dinlədikdən sonra izahat tələb etdikdən sonra jurnalist sualı təkrar etməli olub. Sinq deyib: “Bağışlayın, sualınız nə idi?” Cavabını təkrarlayaraq rədd edib.

Digər tərəfdən, dekabrın 8-də Suriyadakı silahlı müxalifət üzvləri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək canlı yayımda ölkəyə nəzarəti ələ keçirdiklərini iddia ediblər. Suriyanın baş naziri Məhəmməd Qazi Əl Cəlali bildirib ki, o və bir neçə nazir ölkədə qalıb və silahlı müxalifət rəhbərliyi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Suriya prezidenti Bəşər Əsədin münaqişədə iştirak edən bəzi tərəflərlə görüşlərindən sonra istefa verərək ölkəni tərk etmək qərarına gəldiyini və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verdiyini açıqlayıb. Kreml rəsmisi Əsəd və ailəsinin Moskvaya gəldiyini və Rusiyanın onlara sığınacaq verdiyini bəyan edib və həmçinin qeyd edib ki, Rusiya rəsmiləri silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır, onların rəhbərləri Rusiya hərbi bazaları və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verir.

//Gülnarə Abasova, Editor.az