Pentaqon Baxmut bölgəsindəki vəziyyəti dəyərləndiribbackend

Pentaqon Baxmut bölgəsindəki vəziyyəti dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Donetsk vilayətinin Baxmut bölgəsindəki vəziyyəti diqqətlə izləyir. Pentaqon qala şəhəri uğrunda gedən döyüşləri “güclü”, bu anklavdakı vəziyyəti isə “qeyri-sabit” adlandırıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Pentaqonun sözçüsü general Patrik Rayder Ukrayna qüvvələrinin müdafiə xəttini saxlamağa davam etdiyini bildirib. Eyni zamanda o, rus qoşunları və “Vaqner” özəl hərbi şirkətinin muzdlularının da şəhərə hücum etməkdən çəkinmədiklərini bildirib. Rayder Baxmut ətrafında vəziyyətin çox gərgin olduğunu və ABŞ-ın bunu yaxından izlədiyini qeyd edib.

Qeyd edək ki, Baxmut uğrunda döyüşlər bir aydan çoxdur davam edir.

//Gülnarə Abasova, Editor.az