Pentaqon bildirib ki, o, yerdənkənar həyat, fəaliyyət və ya texnologiya ilə bağlı heç bir dəlil tapmayıb.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin 2024-cü il üçün məxfilikdən çıxarılan Pentaqonun hesabatında bildirilib.
Hesabatın məzmununa aşağıdakı cümlə daxildir: Bütün Domen Anomaliyalarının Həlli Ofisi hesabat dövründə 118 hadisəni araşdırıb, bunların hamısının müxtəlif növ şarlar, quşlar və pilotsuz sistemlər kimi adi obyektlər olduğu ortaya çıxıb. Ofis yerdənkənar varlıqlara, fəaliyyətə və ya texnologiyaya dair heç bir sübut tapmayıb. Bəyanatda həmçinin qeyd olunan 118 hadisə ilə yanaşı, daha 174 işin araşdırıldığı və bu işlərin istintaqının hələ də rəsmən bağlanmadığı bildirilib və bu halların yerdən kənar həyatın mövcudluğuna dəlalət etmədiyi vurğulanıb.
//Gülnarə Abasova, Editor.az