Pentaqon Danimarka ilə Qrenlandiyanı müzakirə edir: üç hərbi bazaya çıxış istəyirbackend

Pentaqon Danimarka ilə Qrenlandiyanı müzakirə edir: üç hərbi bazaya çıxış istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonun Qrenlandiyanın qərbində yerləşən Narsarsuaq və Kangerlussuaq bölgələrində, vaxtilə ABŞ-a məxsus obyektlərin olduğu hərbi bazalara yenidən çıxış əldə etmək istədiyi bildirilir.

Editor.az Qərb mediasına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi – Pentaqon Qrenlandiyada yerləşən üç hərbi bazaya çıxış icazəsi almaq üçün Danimarka ilə danışıqlar aparır.

Məlumata görə, sözügedən bazalar Qərbi Qrenlandiyada, daha əvvəl ABŞ-ın hərbi obyektlərinin fəaliyyət göstərdiyi Narsarsuaq və Kangerlussuaq ərazilərində yerləşir. ABŞ-ın Şimal Komandanlığının (NORTHCOM) rəhbəri, general Qreqori Giyyo bildirib ki, Arktika regionunun artan strateji əhəmiyyəti fonunda bu bazalara çıxışın genişləndirilməsi planlaşdırılır.

Qeyd olunur ki, danışıqlar ABŞ ordusuna adada geniş səlahiyyətlər verən 1951-ci il razılaşması çərçivəsində aparılır. Hazırda isə Qrenlandiyada aktiv fəaliyyət göstərən ABŞ hərbi bazası mövcud deyil.

//Gülnarə Abasova, Editor.az