Pentaqon 2014-cü ildən bəri ilk dəfə “Kütləvi Qırğın Silahları ilə Mübarizə Strategiyası” sənədini dərc edib.
Editor.az xarici mediaya istinadən bildirir ki, sənəddə İran və Şimali Koreya “daimi təhdid”, Çin “artan təhlükə”, Rusiya isə “kəskin təhdid” adlandırılıb.
“Bacarıqların inkişafı Şimali Koreyaya münaqişənin istənilən mərhələsində nüvə silahından istifadə etməyə imkan verir”-deyə Şimali Koreya ilə bağlı bölmədə qeyd edilib.
Qeyd edilib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşlarının kimyəvi, bioloji, radioloji və ya nüvə silahları ilə bağlı hərbi qarşıdurma ilə üzləşməsi riski daha da ciddiləşib.
//Safura Bənnayeva, Editor.az

