Pentaqon açıqlayıb ki, İrana qarşı həyata keçirilən əməliyyatların başlanmasından bu yana təxminən 350 ABŞ hərbçisi yaralanıb, ən azı 13 hərbçi isə həyatını itirib.
Editor.az xəbər verir ki, bu məlumat Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sistemi (DCAS) əsasında açıqlanıb.
Toplanmış məlumatlara görə, 31 mart tarixinə olan vəziyyətə əsasən ümumilikdə 349 nəfər yaralanıb. Onlardan 234-ü Quru Qoşunlarının, 63-ü Hərbi Dəniz Qüvvələrinin, 33-ü Hərbi Hava Qüvvələrinin, 19-u isə Dəniz Piyadalarının üzvləridir.
Yaralılar arasında 42 qadın və 304 kişi var. DCAS-ın məlumatına əsasən, yaralananlardan 28-i 22 yaşdan aşağı, 206-sı 22–35 yaş aralığında, 114-ü 35 yaşdan yuxarıdır, bir nəfərin isə yaşı məlum deyil.
Məlumatlara görə, həlak olanların sayı 13 nəfərə çatıb.
//Gülnarə Abasova, Editor.az

