“HƏMAS-a yenidən qruplaşmaq, İsrail vətəndaşlarını və başqalarını təhlükəyə atmaq üçün vaxt verəcək atəşkəsi dəstəkləmirik”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü general Pat Rayder mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“ABŞ prezidenti Co Bayden humanitar yardımın Qəzzaya daxil olmasına, əsirlərin və digər vətəndaşların oranı tərk etməsinə icazə vermək üçün humanitar fasiləni dəstəkləyir”, -deyə o bildirib.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan da İsrail-Fələstin münaqişəsində humanitar fasiləyə münasibət bildirib: “Münaqişədə istənilən fasilə HƏMAS-ın xeyrinə olacaq. Bu, faktdır. Burada çoxlu mürəkkəb məqamlar var. Əsir düşənlərin azad edilməsi üçün humanitar fasilə yaxşı olardı. Amma əmin ola bilərsiniz ki, Həmas bundan öz xeyrinə istifadə edəcək”.
//Safura Bənnayeva, Editor.az

