ABŞ 2024-cü ilin sonuna kimi ayda 80 minədək artilleriya mərmisi istehsal edə biləcək ki, bu da ölkəyə Ukraynanı daha fəal dəstəkləməyə, həmçinin özünün və müttəfiqlərinin ehtiyatlarını artırmağa imkan verəcək.
Editor.az TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı ordu katibinin satınalma, logistika və texnologiya üzrə köməkçisinin müavini Duqlas Buş bildirib. Buşun sözlərinə görə, ABŞ çoxlu sayda tank əleyhinə “Javelin” raketləri, GMLRS idarə olunan raketləri, “Patriot” zenit raketləri, “Stinger” portativ hava hücumundan müdafiə sistemləri və hazırda Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən digər silahlar istehsal edəcək.
Hərbiçi əlavə edib ki, 2025-ci ilin sonunadək istehsalı ayda 100 min mərmiyə çatdırmaq üçün ABŞ Konqresinin bunun üçün əlavə vəsait, ehtimal ki, ildə təxminən 3,1 milyard dollar ayırması lazım gələcək.
//Gülnarə Abasova, Editor.az

