Pentaqon: Oktyabrın 17-dən İraq və Suriyada ABŞ qüvvələrinə ümumilikdə 27 hücum edilibbackend

Pentaqon: Oktyabrın 17-dən İraq və Suriyada ABŞ qüvvələrinə ümumilikdə 27 hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) oktyabrın 17-dən bu yana İraq və Suriyada ABŞ koalisiya qüvvələrinə qarşı ümumilikdə 27 fərqli hücumun həyata keçirildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Pentaqonun mətbuat sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında bu barədə danışıb.

Oktyabrın 17-dən İraq və Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı ümumilikdə 27 “kiçik miqyaslı hücum” həyata keçirildiyi barədə məlumatı paylaşan Ryder, bu hücumların 16-nın İraqda, 11-nin isə Suriyada olduğunu bildirib. O, hücumu həyata keçirən qrupların İran tərəfindən dəstəkləndiyini də qeyd edib. Bu səbəbdən İranın məsuliyyət daşıdığını və ABŞ əsgərlərini qorumaq üçün lazım olan hər şeyin ediləcəyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az