ABŞ-ın müdafiə naziri Pit Heqset iyulun 8-də ilk dəfə İsrailə səfər etməyi planlaşdırır.
Editor.az bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədlərindən biri İsrailin ABŞ-ın Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının mümkün satışı ilə bağlı narahatlığını aradan qaldırmaqdır. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp bu məsələni NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə müzakirə edib.
CNN-in məlumatına əsasən, ABŞ-ın İrana endirdiyi zərbələrin Heqsetin İsrail səfərinə təsir edib-etməyəcəyi hələlik məlum deyil. Hazırda Pentaqon rəhbəri NATO sammitində iştirak etmək üçün Trampın müşayiəti ilə Türkiyədədir.
Bundan əvvəl Donald Tramp Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə tətbiq edilən birtərəfli ABŞ sanksiyalarının ləğv ediləcəyini açıqlamışdı. İyunun sonunda isə Euractiv nəşri kəşfiyyat mənbələrinə istinadən yazmışdı ki, Ankara S-400 sistemlərini Cənubi Koreyaya satmaqla F-35 proqramına qayıtmağa və ABŞ-dan bu qırıcıların alınmasına dair razılaşmanı yekunlaşdırmağa çalışa bilər.
//Gülnarə Abasova, Editor.az

