Pentaqon rəhbəri konqressmenləri hədəliyib: əmilərinizi, əmioğlularınızı və oğullarınızı göndərəcəyik ki, gedib Rusiya ilə vuruşsunlarbackend

Pentaqon rəhbəri konqressmenləri hədəliyib: əmilərinizi, əmioğlularınızı və oğullarınızı göndərəcəyik ki, gedib Rusiya ilə vuruşsunlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist və “Fox News”un keçmiş aparıcısı Taker Karlson iddia edir ki, Pentaqonun rəhbəri Lloyd Ostin qapalı brifinqdə ABŞ Nümayəndələr Palatasının üzvlərini Kiyevə yardımın ayrılması yaxın gələcəkdə. təsdiqlənməsə, qohumlarının “Ukraynada döyüşməyə göndərilə biləcəyi” ilə hədələyib.

Karlson bildirib ki, Pentaqonun rəhbərindən belə sözlərə dair sübutlar var. “Co Bayden administrasiyası amerikalıları açıq şəkildə Ukraynaya görə təhdid edir” – deyən Taker Karlson X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, iddia edir ki, Lloyd Ostin konqresmenlərlə ünsiyyətdə olarkən bu ifadəni deyib: “Biz əmilərinizi, əmioğlularınızı və oğullarınızı göndərəcəyik ki, gedib Rusiya ilə vuruşsunlar”.

X sosial şəbəkəsinin milyarder sahibi İlon Mask jurnalistin nəşri ilə maraqlanıb və Taker Karlsondan Lloyd Ostinin həqiqətən belə sözləri deyib-demədiyini soruşub. “Təsdiq olunub” – deyə o, cavab verib.

//Samir Qurbanov, Editor.az