Pentaqon: Rusiya və Çin peyk əleyhinə silahlar hazırlayır və yerləşdirirbackend

Pentaqon: Rusiya və Çin peyk əleyhinə silahlar hazırlayır və yerləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun yüksək vəzifəli rəsmisi Con Plumb Rusiya və Çini peyk əleyhinə silahlar hazırlamaqda və yerləşdirməkdə ittiham edib.

Editor.az xəbər verir ki, Konqresdə çıxış edən Plumb “Rusiya və Çinin kosmosu hərbiləşdirib-hərbiləşdirmədiyini soruşsanız, cavab budur; bəli, onlar kosmosu hərbiləşdirirlər”,-deyib.

O bildirib ki, ənənəvi olaraq bu cür ittihamları rədd edən hər iki ölkə bəziləri yerdə, bəziləri orbitdə olmaqla müxtəlif kosmik silahların hazırlanması və yerləşdirilməsi ilə məşğuldur. Rusiyanın kosmosda kinetik tipli silah prototipini inkişaf etdirdiyini və yerləşdirdiyini, Çinin isə ikili məqsədli robot peykləri inkişaf etdirdiyini iddia edən Plumb onların qeyri-hərbi məqsədlər üçün istifadə edilə biləcəyini, ancaq onlara daxil olmaq üçün hərbi tətbiqlərinin də ola biləcəyini qeyd edib.

Plumb həmçinin Rusiyanın BMT-də kosmosda silah problemi ilə bağlı təkliflərini “təsdiqedici, inandırıcı olmayan və əslində ikiüzlü” adlandırıb.

//Gülnarə Abasova, Editor.az