Pentaqon: “Şimali Koreyanın Rusiyaya silah dəstəyi Ukrayna müharibəsini uzadacaq”backend

Pentaqon: “Şimali Koreyanın Rusiyaya silah dəstəyi Ukrayna müharibəsini uzadacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya silah dəstəyinin Ukrayna müharibəsini uzadacağını və bu dəstəyin günahsız ukraynalıların öldürülməsinə bərabər olduğunu bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra dəyərləndirmələr edib.

“Biz düşünürük ki, bu səbəbsiz müharibədə Rusiyaya dəstək verən istənilən ölkə Ukraynadakı münaqişəni uzatmaqla yanaşı, Ukrayna vətəndaşlarının ölümünə də səbəb olur”.
Sinq bu mövzuda daha əvvəl dəfələrlə Şimali Koreyaya xəbərdarlıq etdiklərini xatırladıb.

//Safura Bənnayeva, Editor.az