Pentaqon Ukraynaya növbəti uzunmüddətli hərbi yardım paketini elan etdibackend

Pentaqon Ukraynaya növbəti uzunmüddətli hərbi yardım paketini elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Pentaqon Ukraynaya 2 milyard dollardan çox uzunmüddətli hərbi yardım paketi təqdim etdiyini elan edəcək.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər yayıb. Xəbərə görə, Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılacaq pul “Hawk” buraxılış sistemləri və raketlərinin, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün GEM-T və PAC-3 raketlərinin alınmasına sərf olunacaq.

Nəşr qeyd edir ki, bu açıqlama hərbi analitiklərin Ukraynanın çoxdan gözlənilən əks-hücumunun başladığını elan etdiyi bir vaxtda veriləcək.

 //Samir Qurbanov,Editor.az