Pentaqon Ukraynaya 225 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib. Editor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Yeni paketin bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələri NASAMS üçün mərmilər, Stinger portativ zenit-raket kompleksləri üçün raketlər, HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün döyüş sursatları, 155 mm və 105 mm mərmilər, TOW, Javelin və Javelin üçün döyüş sursatları alacaq.
ABŞ-ın Ukraynaya ümumilikdə 54,4 milyard dollar hərbi yardım ayırdığı bildirilir.
Bundan əvvəl Pentaqon Ukraynaya hava hücumundan müdafiə ilə bağlı 2,3 milyard dollar dəyərində hərbi yardım paketi ayırmışdı. Ukrayna tank əleyhinə silahlar və kritik sursatları birbaşa ABŞ arsenalından alacaq.
//Gülnarə Abasova, Editor.az

