Yaxın həftələrdə Ukraynaya yeni silah tədarükü baş tutacaq.
Editor.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı deyib.
Onun sözlərinə görə, Vaşinqtonun Ukraynaya hərbi yardım üçün təxminən 6 milyard dollar vəsaiti qalıb və bu vəsaiti yeni administrasiya gələnə qədər istifadə etməyi planlaşdırır.
Pentaqonun ehtiyatlarında təxminən 4 milyard dollar qalıb. Prezident Konqresə məlumat verib ki, səlahiyyət müddətinin qalan hissəsində onlardan istifadə edəcək. Pentaqonun sözçüsü deyib ki, USAID (Beynəlxalq İnkişaf Agentliyi – redaktorun qeydi) vasitəsilə ABŞ-da hələ də təxminən 2 milyard dollar vəsaitimiz var. Onun sözlərinə görə, Ukraynaya yardım paketləri yaxın həftələrdə açıqlanacaq və yeni Tramp administrasiyası yanvarda vəzifəyə başlayana qədər davam edəcək.
//Gülnarə Abasova, Editor.az