Pentaqon Ukraynaya yeni yardım paketini açıqlayıbbackend

Pentaqon Ukraynaya yeni yardım paketini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika tezliklə Ukraynaya yeni hərbi yardım paketi ayıracağını açıqlayacaq.

Editor.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. Pentaqon rəhbəri bu barədə müqavilə qrupunun Ukrayna üzrə iclasında açıqlama verib. Hadisə Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında baş verir. “ABŞ prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollar məbləğində əlavə təhlükəsizlik yardımı paketinin ayrıldığını elan edəcək”, – hərbi idarənin rəhbəri bildirib.

Sentyabrın 6-da Ukrayna lideri Vladimir Zelenski Ramşteyn bazasında müdafiə məsələləri üzrə təmas qrupunun iclasında iştirak etmək üçün Almaniyaya uçub. Dövlət başçısı özünün teleqram kanalında yazıb ki, Kiyevə indi təcili olaraq xarici tərəfdaşlardan silah və texnika lazımdır. O, Qərb ölkələrini də qətiyyətli olmağa çağırıb.

//Gülnarə Abasova, Editor.az