Pentaqon xəbərdarlıq etdi: Rusiyaya dəstək verən istənilən ölkə…backend

Pentaqon xəbərdarlıq etdi: Rusiyaya dəstək verən istənilən ölkə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibədə Rusiyaya dəstək verən istənilən ölkə nəinki münaqişənin iştirakçısı olacaq, həm də günahsız Ukrayna vətəndaşlarının, məmurlarının və hərbçilərinin qətlində şərik olacaq.

Editor.az bildirir ki, bu barədə Pentaqonun sədr müavini Sabrina Sinq cümə axşamı keçirdiyi brifinqdə deyib. Sinq qeyd edib ki, Rusiya Şimali Koreyada sursat axtardığı üçün çıxılmaz vəziyyətdədir. “Vəziyyəti izləyirik.

Biz Şimali Koreyaya xəbərdarlıqlarımızı açıq şəkildə vermişik. Hər hansı növ silahın Rusiyaya təhvil verilməsi BMT Təhlükəsizlik Şurasında Rusiyanın özünün səs verdiyi qətnaməni bir daha pozmuş olar. Buna görə də Şimali Koreyanın bunu etməməyə çağırırıq. Rusiya ilə hər hansı bir döyüş sursatı ilə bağlı müqavilələr bağlamayın, çünki bu, daha da eskalasiyaya səbəb olacaq”.

//Samir Qurbanov, Editor.az