Pentaqon yeni nüvə başlıqları olan raketlər sifariş edibbackend

Pentaqon yeni nüvə başlıqları olan raketlər sifariş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi ballistik raketlərin və nüvə başlıqlarının istehsalına 2,1 milyard dollar ayırıb.

Editor.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.

Sənəddə deyilir ki, 2,1 milyard dollardan çox dəyəri olan müqavilə Lockheed Martin-ə gedib. O, sualtı qayıqlardan buraxılması nəzərdə tutulan Trident II D5 raketlərinin və döyüş başlıqlarının istehsalında istifadə olunacaq. Müqavilə çərçivəsində işlərin 2029-cu ilin sentyabr ayının sonunadək başa çatdırılması planlaşdırılır. Eyni zamanda, Pentaqon sualtı qayıqlar üçün raket quraşdırma sistemləri və naviqasiya qurğularının hazırlanması üçün Lockheed Martin şirkətinə 1,16 milyard dollardan çox vəsait ayırıb. Müqavilənin 2031-ci ilin payızının əvvəlində tamamlanacağı gözlənilir.

//Gülnarə Abasova, Editor.az