Pentaqon Zəngəzur dəhlizinə qarşıdır? – Gürcü ekspertdən AÇIQLAMAbackend

Pentaqon Zəngəzur dəhlizinə qarşıdır? – Gürcü ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Adətən, Gürcüstana gələn Müdafiə nazirləri sülh və dostluq üçün sənədlər imzalayırlar. Bu dəfə hər hansı bir rəsmi sənəd imzalanmadı, amma daha maraqlı şeylər oldu”.

Bunu  açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü politoloq bildirib ki, Pentaqon Rusiyanın bölgədəki güc balansını pozmasına imkan verməyəcək:

“Qara dəniz təhlükəsizliyi NATO -nun Avropadakı prioritetlərindən biridir. Qara dənizin təhlükəsizlik sistemini Gürcüstan olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsi beynəlxalq münasibətlər sistemində heç vaxt aktuallığını itirməyəcək.

ABŞ, Rusiya Federasiyasının bölgədəki güc balansını pozmaq üçün hərəkət etməsinə icazə verməyəcək. Gürcüstan Cənubi Qafqazda ABŞ -ın əsas strateji tərəfdaşı olmağa davam edir. Bu o deməkdir ki, ABŞ Gürcüstanın təhlükəsizliyinin təmin olunmasında maraqlı olan digər ölkələrlə birlikdə Moskvanın hər hansı bir iddiasından sonra statusda heç bir dəyişikliyə icazə verməyəcək. Sadəcə ona görə ki, bunun baş verəcəyi təqdirdə Cənubi Qafqazda güc balansını dəyişəcək.

Eyni zamanda Pentaqon Gürcüstan ordusunun modernləşdirilməsi səylərini davam etdirəcək. Hökumət necə davransa da, Moskvanı qıcıqlandırmamaq istəsə də, Gürcüstan əhalisinin böyük əksəriyyəti ABŞ da daxil olmaqla bütün NATO ölkələri ilə hərbi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.

Önümüzdəki aylarda hansı konkret tədbirlərin görüləcəyini görəcəyik. Yeri gəlmişkən, NATO -nun Rusiyadakı missiyasının bağlanması Putinin Baydenlə danışıqları və Viktoriya Nulandın Moskva səfərinin necə sona çatdığının cavabıdır.

ABŞ -ın 10 noyabr üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) bəyanatında nəzərdə tutulan kommunikasiyaların açılması məsələsinə müdaxilə etməsi ehtimalı azdır. Bu regional problemdir. Qara dənizdəki təhlükəsizlik ABŞ üçün daha vacibdir”.

milli.az