Pentaqondan KRİTİK AÇIQLAMA: Şoyqu zənglərə cavab vermirbackend

Pentaqondan KRİTİK AÇIQLAMA: Şoyqu zənglərə cavab vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 7-10 gün ərzində ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi Mark Milley dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla əlaqə saxlamağa cəhd ediblər. 

Bu barədə Pentaqondan bildirilib.

“Lakin Rusiya hərbi rəhbərliyi əlaqə saxlamır. Hava məkanında mümkün münaqişələrin həlli üçün xüsusi olaraq yaradılmış qaynar rabitə xətti hələ də təyinatı üzrə istifadə olunmayıb, – məlumatda deyilir.

2009-2013-cü illərdə NATO-nun Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı vəzifəsində çalışmış təqaüdçü admiral Ceyms Stavridis deyib:

“Biz NATO və Rusiyanın müharibəyə getdiyi ssenaridən qaçmalıyıq, çünki ali rəhbərlik telefonu götürüb bir-birinə nə baş verdiyini izah edə bilmir.

Publika.az